Daşkənddəki Özbəkistan Beynəlxalq Forumlar Sarayında Mərkəzi Asiya və Azərbaycan Mədəniyyət Nazirlərinin birinci görüşü keçirilib.
Görüşdə TÜRKSOY-un baş katibi Sultan Rayev, Özbəkistanın Mədəniyyət naziri Azadbek Nazarbekov, Azərbaycanın Mədəniyyət naziri Adil Kərimli, Qazaxıstanın Mədəniyyət və İnformasiya naziri Aida Balayeva, Qırğızıstanın Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti naziri Mirbek Mambetaliyev; Tacikistanın Mədəniyyət naziri Matluba Sattorio, Türkmənistanın Mədəniyyət naziri Atageldi Şamuradov iştirak edib.
Görüşdə çoxtərəfli əməkdaşlığın müxtəlif məsələləri, o cümlədən regional mədəni əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, regiondakı mədəniyyət xadimləri arasında mədəni mübadilənin genişləndirilməsi, Mərkəzi Asiya ölkələri üçün mədəni brendin hazırlanması, həmçinin mədəniyyət və incəsənətin müxtəlif sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd

