Belçikalı qonaq Ədəbiyyat Muzeyində

post-img

Belçika–Azərbaycan Mədəniyyət Cəmiyyətinin təsisçisi, ssenarist Kevin Van Nuffel Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.

Belçika Krallığının Azər­baycandakı Səfirliyinin xətti ilə təşkil olunmuş səfər çər­çivəsində rəsmi qonağı mu­zeyin Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin müdiri, kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyeva müşayiət edib. O, qonağı Ni­zami Muzeyinin ekspozisiya zalları ilə tanış edərək Azər­baycan ədəbiyyatı haqqında məlumatlandırıb.

Ekspozisiya ilə tanışlıq­dan sonra qonaq muzeyin direktoru akademik Rafael Hüseynovla görüşüb.

Belçika Krallığı ilə Azər­baycan Respublikası arasın­da diplomatik münasibətlərin yüksələn xətlə inkişaf etdiyini deyən muzeyin direktoru qo­nağa Azərbaycan ədəbiyya­tının qədim və zəngin inkişaf yolu haqqında məlumat verib.

Klassik Şərq ədəbiyyatına böyük maraq göstərən Kevin Van Nuffel görüş əsnasında Azərbaycanın çox zəngin mədəni irsə sahib olduğunu qeyd edib. O, XII yüzillik­də qədim Gəncədə Məhsəti Gəncəvi kimi qüdrətli rübai ustadının parlamasını Azər­baycan xalqının yüksək poe­tik istedadı ilə əlaqələndirərək bunun dünyada fenomen ha­disə olduğunu bildirib.

Görüş zamanı Nizami Gəncəvi adına Milli Azərbay­can Ədəbiyyatı Muzeyi ilə Belçika–Azərbaycan Mədə­niyyət Cəmiyyəti arasında birgə əməkdaşlığın perspek­tivləri də müzakirə edilib.

Qabil YUSİFOĞLU
XQ

Mədəniyyət