İçərişəhərdə “Ramazan turu” təşkil ediləcək

post-img

Ramazan ayının gəlişi münasibətilə İçərişəhərin dini abidələrini bələdçilərin müşayiəti ilə ziyarət etmək üçün “Ramazan turu” təşkil ediləcək.

“Ramazan turu” martın 9-dan hər həftənin şənbə günləri saat 16:30-da qrup piyada turu şəklində baş tutacaq. Turun marşrutu Şirvanşahlar Saray məscidləri, Sıratağlı Dini-memarlıq kompleksi, Seyid Yəhya Bakuvi türbəsi, Məhəmməd məscidi, Bəylər məscidi, Cümə məscidi və İçərişəhərdəki digər məscidləri əhatə edəcək.

Azərbaycan, ingilis və rus dillərində təqdim olunan turlarda bir nəfər üçün biletin qiyməti 15 AZN təşkil edir. Biletləri İçərişəhər Turizm İnformasiya Mərkəzinin (Böyük Qala küçəsi 55, Qoşa Qala qapısının yanı) kassalarından əldə etmək olar.

Mədəniyyət