Cənubi Afrika naziri: BMT-də təcili islahatlar aparılmalıdır

post-img

BMT sülhü təmin edə bilmir. Əgər BMT sülhü təmin edə bilsəydi, bu gün fələstinlilərin həyatını xilas etmək olardı. Məlumatı “Anadolu” verib. 

Bunu Cənubi Afrikanın beynəlxalq əlaqələr və əməkdaşlıq naziri Naledi Pandor Yohannesburqda Fələstinə dəstək mövzusunda tədbirdə deyib.

Pandor bütün dünyada, xüsusilə Fələstində sülh və təhlükəsizliyi təmin etmək üçün kifayət qədər təsirli olmayan BMT-də təcili islahatlara çağırıb.

O hesab edir ki, sülhü təmin etmək üçün BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünə etibar etmək olmaz. “Onlar göstərdilər ki, sülh və təhlükəsizliyi təmin etmək iqtidarında deyillər”, - deyə nazir qeyd edib.

Pandor əlavə edib ki, BMT “dünyaya baxmaqdan” kənara çıxmalı və sülhü təmin edə bilməlidir. “Əgər onlar bunu edə bilsəydilər, bu gün sülhü təmin etmək bacarığı mövcud olardı və Fələstində həyatlar xilas edilərdi”.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya