“Xalq qəzeti”nin əməkdaşı mükafatlandırıldı

post-img

Martın 2-də Bakıda “Simurq” Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə bir sıra tanınmış ictimai şəxslərin, elm, mədəniyyət xadimlərinin mükafatlandırılması mərasimi baş tutub. 

Mərasimdə alimlər, müəllimlər, rəssamlar, jurnalistlər, dövlət qulluqçuları, muzey və kitabxana işçiləri, ictimai xadimlər, QHT-lər, qadın və gənclər təşkilatları, biznes strukturları və yaradıcı birliklərin nümayəndələri iştirak edibrlər. 

Seminarı qurumun rəhbəri professor Fuad Məmmədov açaraq assosiasiyanın beynəlxalq fəaliyyəti haqqında məlumat verib. Verilən mükafatların əhəmiyyətinə toxunan professor qeyd edib ki, ölkəmizdə peşəkar insanları dəyərləndirmək, onların fəaliyyətini stimullaşdırmaq, mədəni mühitin və dəyərlərin formalaşmasında onların rolunu qiymətləndirmək assosiasiya və onun idarə heyətində təmsil olunanlar üçün önəmlidir. 

Assosiasiya 1990-cı ildə yaradılıb və mədəniyyət sahəsində çoxşaxəli fəaliyyət göstərən ilk qeyri-hökumət təşkilatıdır. “Mədəniyyət səfiri” İctimai Fəxri Adı beynəlxalq diplomu Heydər Əliyevin 100 illik yubileyi və təşkilatın fəaliyyətinin 30 illiyi münasibətilə təsis olunub və ölkəmizdə və dünyada yüksək ruhi mədəniyyət dəyərlərinin  inkişafı və yayılmasında xidmətlərinə və assosiasiyanın yaradıcı fəaliyyətinə verilən dəstəyə görə təqdim olunub. Mədəniyyət Səfiri İctimai Fəxri Adı ilə təltif olunanlar arasında “Xalq qəzeti”nin əməkdaşı, “Xalq TV”-nin müəllif proqramlarının aparıcısı Anar Turan da yer alıb. 

Rizvan FİKRƏTOĞLU

XQ



Mədəniyyət