Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev Daşkəndə işgüzar səfəri çərçivəsində Özbəkistan Elmlər Akademiyasının prezidenti, akademik Behzod Yuldaşevlə görüşüb.
Görüş zamanı tərəflər qardaş Türk dövlətləri arasında elmi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Akademik Behzod Yuldaşev Özbəkistan Elmlər Akademiyasında prioritet istiqamətlər üzrə görülən işlərdən danışıb, birgə layihələrlə bağlı fikirlərini bölüşüb.
Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin qarşıdan gələn toplantısına hazırlıq məsələlərinin müzakirə olunduğu görüşün sonunda tərəflər elmi əməkdaşlıq potensialının tam şəkildə reallaşdırılması və qarşılıqlı əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
İclasda Özbəkistan Elmlər Akademiyasının vitse-prezidentləri Sirociddin Mirzəyev, Bəhrom Abduhalimov və Milli Arxeologiya İnstitutunun direktoru Farhod Maksudov da iştirak ediblər.
Qabil YUSİFOĞLU
XQ