Qarabağın daş dövrünə elmi səyahət

post-img

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu eksperimental arxeoloji laboratoriyasının müdiri Əjdər Babazadə Elm Fondunun qrantını qazanmış “Qarabağın daş dövrünə aid alət sənayesinin texno-tipologiyasının traseoloji ve eksperimental analizləri” adlı layihə üzrə tədqiqatlarını davam etdirir.

Araşdırmaçı XQ-yə bildirdi ki, ölkə­mizdə ilk dəfə gerçəkləşdirilən layihənin məqsədi mikro arxeoloji (mikroskopik-tra­seoloji) və praktik tədqiqatları (eksperi­mental) həyata keçirmək, eləcə də mikro (mikroskopik) və praktik (eksperimental) arxeoloji tədqiqatlar aparmaqdır: “İndiyə­dək Qarabağın paleolit abidələrindən əldə edilmiş artifaktların (əsasən alət çantasında yer alan daş materiallar) tex­no-tipologiyasında əcdadlarmızın ovla­ma, qidalanma və qorunma kimi qədim məşğuliyyətləri müasir elmi metod və epistimoloji tədqiqatlarla öyrənilib. 

Müsahibimiz sonda söylədi: “Əsas məqsədlərdən biri də 2 il müddətində Qarabağ bölgəsindən əldə edilən daş alətlərin analizlərinin həyata keçirilməsi olub. Belə ki, Qarabağın Azıx, Tağlar, Zar və digər paleolit düşərgələrindən əldə edilmiş daş materialların texno-tipologi­yası traseoloji (mikroskopik) və praktik (eksperimental) təhlil edilib. Bütün bu araşdırmalar müasir arxeoloji metodlara, tətbiqlərə və epistimilogiyaya əsaslanır”. 

Qabil YUSİFOĞLU
XQ

Mədəniyyət