Koreya dilində Türk ensiklopediyası

post-img

Astanadakı Türk Akademiyası (TA) Avrasiya Milli Universiteti (AMU) ilə birgə Koreya dilində hazırlanan səkkiz cildlik “Humanitar elmlər üzrə Türk Ensiklopediyası” kitabının təqdimatını keçirib. 

Təqdimatda Qazaxıstan, Rusiya Fe­derasiyası, Koreya Respublikasının alim­ləri, tanınmış türkoloqlar iştirak ediblər.

Türk Akademiyasının vitse-preziden­ti Asxad Kesikbayev ensiklopediyanın əhəmiyyətindən danışıb, kitabın bütün türkdilli dövlətlərdə maraq kəsb edəcəyi­ni vurğulayıb və iştirakçılara TA-nın pre­zidenti Şahin Mustafayevin salamlarını çatdırıb. 

Koreyalı professor Inken O “Huma­nitar elmlər üzrə Türk Ensiklopediyası” layihəsinin hazırlanmasından danışıb və Koreyada türkologiyanın problemlərinə toxunub.

Astanadakı Nazarbeyev Universiteti­nin kafedra müdiri Yulay Şamiloğlu yeni təqdim olunan nadir nəşrin əhəmiyyəti haqqında söhbət açıb, ümumilikdə türk ölkələrində mövcud olan ensiklopedik ənənəyə toxunub.

Digər türkoloqlar da Koreya ilə türk dövlətləri arasındakı əlaqələrdən danı­şıb, ensiklopediya müəlliflərinə minnət­darlıqlarını bildiriblər.

Qeyd edək ki, “Humanitar elmlər üzrə Türk Ensiklopediyası” Koreya Milli Araş­dırmalar Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən fundamental tədqiqatın nəticəsidir. Professor Inken Onun rəh­bərliyi ilə layihədə müəllif kimi müxtəlif ölkələrdən 21 ekspert iştirak edib.

Ensiklopediya Azərbaycan, Qazaxıs­tan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Özbəkistan, Rusiya Federasıyasının Ta­tarıstan, Başqırdıstan, Altay, Xakasiya, Tuva, Saxa-Yakutiya respublikalarını əhatə edir və ümumi həcmi 4500 səhifə­dir. 

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Astana

Mədəniyyət