Hər kitab bir dünyadır

post-img

Klassik irsə məhəbbətlə

Respublika Dövlət mükafatı la­ureatı, Əməkdar elm xadimi, filo­logiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə yenicə işıq üzü görmüş “Nəsimi və Fü­zuli” adlı kitabında da ənənəsinə sadiq qalaraq söz korifeylərimizin həyat və fəaliyyətinə geniş aspektdə nəzər salıb.

“Elm və təhsil” nəşriyyatında çap olunmuş kitabda klassiklərin irs kon­tekstində fərdi yaradıcılığın bədii-fəlsəfi təkamülü məsələləri araşdırılır. Müəllif nəzəri-analitik təhlil yolu ilə orta əsrlərin söz dahiləri olan Nəsimi və Füzuli poe­ziyasının sehrini – bədii-fəlsəfi mənasını, unikal simvolik-metaforik formasını, bü­tövlükdə poetik sistemini açmağa çalışıb. Monoqrafiya filoloqlar, filosoflar, bu sahə ilə məşğul olan doktorantlar və Azərbay­can klassik ədəbiyyatını sevənlər üçün nəzərdə tutulub.

“Millətçiliyin cəzası”

Özbəkistanın tanınmış yazar­larından biri Xeyrəddin Sultanın “TÜRKSOY kitabxanası” seriya­sından 59-cu nəşr olan kitabı belə adlanır.

Müəllifin indiyə qədər 20-dən artıq ki­tabı nəşr olunub, əsərləri müxtəlif dillərə çevrilib. Onun hekayə, povest və roman­larına dərin bir lirizm, realizm hakimdir. Kitabını özbək dilindən çevirən və “Ön söz”ün müəllifi olan BDU Türkoloji Araş­dırmalar Mərkəzinin müdiri, professor Ramiz Əskər Xeyrəddin Sultanın yara­dıcılıq məziyyətlərini əhatəli təhlil süzgə­cindən keçirərək hekayələrinin süjet xətti və təhkiyəsinin həzin, original olduğuna diqqəti cəlb edib. “Bəxt”, “Atabəyin dəf­ni”, “Vəlican dayının xəstəliyi”, “Millətçili­yin cəzası”, “Anamın yurdu” kimi əsərləri haqqında ürək sözlərini böyük məhəb­bətlə ifadə edib. 

Ə.DOSTƏLİ
XQ



Mədəniyyət