Elm xəbərləri

post-img

“Yaşıl dünya” həmrəyliyi

Elm və Təhsil Nazirliyinin Dend­rologiya İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olun­muş elmi seminar təşkil olunub.

İnstitutun baş direktor vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru, do­sent Minarə Həsənova Prezident İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncamı ilə bağlı institutda görüləcək işlərdən danışıb.

Ötən il Şərqi Zəngəzur iqtisadi ra­yonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Döv­lət Proqramı”nın icrası məqsədilə “Yaşıl həyat” layihəsinin icrası və gələcəkdə həmin ərazilərdə təbiətin mühafizəsinin gücləndirilməsi, ekoloji maarifləndirmə işinin təşkili üçün həyata keçiriləcək bu kimi layihələr barədə məlumat verilib. 

Elmi seminarda institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nuray Qədirova, bitki sistematikası laborato­riyasının elmi işçisi Venera Əhmədova, meşə ekosistemləri laboratoriyasının elmi işçisi Nigar Bədəlzadə “Yaşıl dün­ya sağlam həyatdır” mövzusunda çıxış ediblər. Ölkəmizin 2024-cü ildə İqlim Də­yişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına – COP29-a edəcəyi ev sahibliyindən və həmin tədbirin Azər­baycanda keçirilməsinin ölkəmizə olan böyük inamın təzahürü olduğundən da­nışılıb.

Qeyd edək ki, ölkə prezidenti Nax­çıvan Muxtar Respublikasını, işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qara­bağ ərazilərini “yaşıl enerji” zonası elan edib. İşğaldan azad olunmuş bölgələrə böyük qayıdış layihələrinə başlanılıb. Bərpa-quruculuq işləri çərçivəsində hə­yata keçirilən meqalayihələr yaşıl tex­nologiyalara əsaslanır. Azad olunmuş bölgələrdə ağıllı şəhərlər, kəndlər salınır, təmiz nəqliyyat infrastrukturu yaradılır. 

Oksford professoru Bakıda

Böyük Britaniyanın Oksford Universitetinin professoru Riç­hard Voalker ilə Milli Elmlər Akade­miyasında maraqlı görüş keçirilib.

Fydalı fikir mübadiləsində AMEA-nın vitse-prezidenti, Yer elmləri bölməsinin rəhbəri, akademik İbrahim Quliyev, Res­publika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, zəlzələ ocaqla­rının dinamikası şöbəsinin müdiri, geo­logiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova və beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov da iştirak ediblər. Oksford Universiteti ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında ikitərəfli əmək­daşlıq məsələləri, eləcə də birgə elmi tədqiqatların aparılması və layihələrin həyata keçirilməsi kimi məsələlərə toxu­nulub.

Görüşdə, həmçinin Böyük Britaniya­nın Oksford Universiteti və RSXM əmək­daşlarının ötən il Salyan və Göyçay ra­yonlarında birgə apardıqları tədqiqatlar zamanı qazılmış xəndəklərdən götürül­müş nümunələr əsasında alınmış paleo­seysmoloji nəticələr və maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

Qeyd edək ki, işgüzar əlaqələrin daha da genişləndirilməsi məqsədilə ap­rel ayında Azərbaycan nümayəndə heyə­tinin Oksford Universitetinə tanışlıq səfəri nəzərdə tutulur.

XQ

Mədəniyyət