Milli məfkurəmizin yorulmaz tədqiqatçısı

post-img

Tanınmış tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın 60 illik yubileyi Neftçala rayonunda qeyd olunub.

Mərasimdən öncə Azər Turanın ata ocağı – ədəbiyyatşunas alim mərhum İmamverdi Əbilovun evindəki zəngin şəx­si kitabxanası ziyarət olunub. Ardınca yu­bilyarın kitablarından ibarət sərgiyə baxış keçirilib və Azər Turan yaradıcılığını əks etdirən videoçarx izlənilib.

Yubiley gecəsində Azərbaycan Yazı­çılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Milli Məclisin depu­tatları – akademik Nizami Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı, yazıçı, Əməkdar Jurnalisti Aqil Abbas, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu, tənqidçi, filologiya elmləri doktorları El­narə Akimova və Qulu Məhərrəmli çıxış edərək, Azər Turan yaradıcılığından söz açıb, ona ən xoş diləklərini yetiriblər. Xalq şairi Nəriman Həsənzadənin yubilyara ünvanladığı videotəbrik səsləndirilib.

Neftçala RİH-in başçısı Mirhəsən Seyidov bildirib ki, Azər Turan imzası ilə ictimai və elmi mühitdə mühüm mövqeyə malik ədəbiyyatşünas, tənqidçi və yazıçı­dır. O, həm də Cavidlər ocağının mənəvi varisi kimi qələmə aldığı “Cavidnamə”ləri ilə geniş oxucu kütləsinin rəğbətini qaza­nıb. Eyni zamanda Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Hadi, Bəkir Çobanzadə, Ömər Faiq Nemanza­də kimi görkəmli şəxsiyyətlərlə bağlı qiy­mətli əsərlər yazıb. 

Sonda Azər Turan çıxış edərək, yu­bileyi ilə əlaqədar ona göstərilən yüksək ehtirama görə rayon rəhbərliyinə, qonaq­lara və Neftçala ictimaiyyətinə minnət­darlığını bildirib.

Ə.NƏCƏFXANLI
XQ

Mədəniyyət