Ulu öndərin Lənkəran Dövlət Dram Teatrında “Heydər Əliyev İli”nə töhfə olaraq şair-dramaturq Qəşəm Nəcəfzadənin “İki iyirmi üç arasında” əsəri əsasında hazırlanmış eyniadlı kompozisiya sənədli teatr estetikasında təqdim olunub.
Uğurla keçən tamaşada Ulu öndərin nəsillərə örnək həyat və fəaliyyəti, irsi bədii əksini tapıb. Məqsəd Ümummilli liderin müstəqil Azərbaycanın qurucusu kimi xalqımızın tarixində oynadığı rolu bir daha nümayiş etdirmək olan tamaşanın quruluşçu rejissoru Emil Əskərov, rəssamı Fuad Babazadə, musiqi tərtibatçısı Vüqar Fərəcov, qrafik dizayneri Fidan Hüseynzadə, videomühəndisi Şəhriyar Camalbəyli, prodüseri İntiqam Hacılıdır.
Səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artistlər Sucəddin Mirzəyev və Zemfira Nəcəfova, aktyorlardan Şarud Mehdiyeva, Miraslan Ağayev, Qızılgül Quliyeva, Allahverən Babayev, Buludxan Buludov, Aynur Əhmədova, Hikmət Cəfərov, Saleh Əzimzadə, Ayşən Əsədova, Emil Rzayev, Məleykə Cəfərova, Gülər Kərimova, Əlirza Şahbazi, Rauf Zeynalov, Təvəkkül Həsənov, Günel Abbaszadə, Aysel Babazadə və Amil İbrahimli ifa ediblər.
Tamaşa yaxın günlərdə Lerik, Biləsuvar, İmişli və digər şəhərlərdə nümayiş etdiriləcək.
Ə.DOSTƏLİ
XQ