“Türk dünyasının Əli Şamil hocası”

post-img

Tədqiqatçı-jurnalist, folklorşü­nas Əli Şamilin Türk dünyasının or­taq mənəvi aləmindən xəbər verən çoxillik araşdırmaları barədə bu coğ­rafiyanı əhatə edən ölkələrin alim və tanınmış ziyalılarının birgə ərsəyə gətirdiyi yeni nəşr belə adlanır. 

Milli-mənəvi dəyərlərimizin fədakar təbliğçilərindən olan Nazir Əhmədlinin nəşrə hazırladığı topluda azərbay­canlı müəlliflərlə bərabər, Əli Şamilin Türkiyə, Rusiya, Almaniya, Ukray­na, İsveç, Albaniya, Suriya və başqa ölkələrdə yaşayan qələm dostlarının onun haqqında oçerk və xatirələri də yer alıb. Bu kitab Azərbaycandan əvvəl Türkiyədə böyük maraqla qarşılanıb. Türk dünyası sevdalısı olan Əli Şamilin 75 illik yubileyi ərəfəsində buraxılan ki­tabda xatirələrlə yanaşı, onun araşdır­maları vasitəsilə türk xalqları tarixinin maraqlı səhifələri, azadlıq mücadiləsi fədailəri haqqında geniş məlumatlara da yer verilib. 

“Köhlən” nəşriyyatında çap edil­miş irihəcmli “Türk dünyasının Əli Şa­mil hocası” toplusu qardaş xalqlarımız arasındakı ədəbi, mədəni əlaqələri öy­rənənlər üçün də zəngin material verir.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət