Sabah ABŞ dövlət katibinin köməkçisi Bakıya gələcək

post-img

ABŞ-nin dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn dekabrın 6-8-də Azərbaycanda səfərdə olacaq. Onun Rumıniyaya səfər edəcək.

XQ xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, O'Brayn Bakıda “Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətləri möhkəmləndirmək və sülhü dəstəkləmək məqsədilə Azərbaycanın vəzifəli şəxsləri ilə görüşəcək”.

Rumıniyada dövlət katibinin köməkçisi Moldova və Ukrayna rəsmiləri, həmçinin Avropa Komissiyasının nümayəndələri ilə görüşlə yanaşı taxıl ixracı ilə bağlı iclasda iştirak edəcək. Orada o, “qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək” niyyətindədir.

XQ

Son xəbərlər