Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri

post-img

Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri başlayıb. Dünən Beynəlxalq Muğam Mərkəzində Qazaxıstanın “Hassak” etno-folklor ansamblının solo konserti keçirilib.

Mədəniyyət günləri çərçivəsində de­kabrın 3-də Q.Musrepov adına Qazaxıs­tan Dövlət Akademik Uşaq və Gənclər Teatrı "Qaragöz" tamaşası ilə Azərbay­can Dövlət Akademik Musiqili Teatrının səhnəsində çıxış edəcək. Dekabrın 4-də isə Heydər Əliyev Mərkəzində Qazaxıs­tan təsviri sənət sərgisi açılacaq. Həmin gün Heydər Əliyev Mərkəzində dost ölkə­nin incəsənət ustalarının qala-konserti keçiriləcək.

XQ

Mədəniyyət