Dekabrın 2-də “Regional İnkişaf” İctimai Birliyi, Sosial Xidmətlər Agentliyi Zirə Mədəniyyət Mərkəzi və Eko-parkın birgə təşkilatçılığı ilə 3 Dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr edilmiş uşaq festivalı keçirilib.
Festival sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, xüsusi bacarıqlarının inkişafına dəstək verilməsi və potensiallarının üzə çıxarılması, eyni zamanda, əlil şəxslərə qarşı bərabərsizliyin, cəmiyyətdə olan stereotiplərin aradan qaldırılması məqsədilə təşkil edilib.
Tədbirin açılışında çıxış edənlər bu günün beynəlxalq səviyyədə qeyd olunmasının əhəmiyyətinə toxunub, əlilliyi olan şəxslərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, bu istiqamətdə ictimai birliklərin üzərinə düşən vəzifələrdən, ölkədə inklüziv cəmiyyətin inkişafına yönəlmiş sosial layihələrdən danışıblar. Xüsusilə də əlilliyi olan uşaqlara bərabər imkanların yaradılmasının, onların istedad və bacarıqlarının inkişaf etdirilməsinin və davamlı dəstəklənməsinin vacibliyi diqqətə çatdırılıb.
XQ