Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz haqda kitabın təqdimatı keçirilir

post-img

Bu gün Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə (STM) "Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz" kitabının təqdimatı keçirilir. Təqdimatda hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, millət vəkilləri, alimlər, media mənsubları və ictimai sektoru təmsil edənlər iştirak edir.

Qeyd edək ki, ölkə rəhbərinin Qarabağdan sonra dövlətimizin yeni milli hədəflərindən olan Qərbi Azərbaycana sülhlə qayıdışa yönəlmək, onun ideoloji-siyasi konseptini və elmi əsaslarını formalaşdırmaq çağırışına cavab olaraq, Sosial Tədqiqatlar Mərkəzi Əfqan Vəliyevin müəllifliyində institusional bir əsər olan 244 abidənin yer aldığı  “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” kitabının I cildini 4 iyul 2022-cil ildə keçirdiyi tədbirlə Azərbaycan ictimaiyyətinə təqdim edir.

Sosial Tədqiqatlar Mərkəzi bu istiqamətdəki fəaliyyətini davam etdirərək “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” elmi tədqiqat əsərinin davamı, II cildi olan 144 maddi-mədəni abidədən ibarət “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” adlı əsəri ərsəyə gətirdi. 

Bununla Sosial Tədqiqatlar Mərkəzi qısa müddət ərzində ölkə rəhbərinin çağırışına əməl etməyə çalışaraq iki cilddə Qərbi Azərbaycana məxsus, haqqında bu günə qədər az məlumat olan və ya heç tədqiq olunmayan 388 abidəni tədqiq edib.

“Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının II cildində tarixi Azərbaycan torpaqlarında azərbaycanlıların maddi-mədəni irsinin dəyərli nümunələri olan 144 müxtəlif mənşəli abidəyə yer verilib. Kitabda 144 abidənin tarixi hərtərəfli araşdırılıb və düzgün elmi təsnifata uyğun onların reyestri verilib.

Kitabda 22 məbəd, 20 qala, 18 qayaüstü təsvirlər/qədim yaşayış məskənləri,  11 pir/ocaq/ziyarətgah, 11 qəbirüstü abidə, 10 türbə, 9 daşüstü kitabə,  8 məcid, 6 karvansara, 6 körpü, 5 arxeoloji abidə, 4-ə qəbirüstü heykəl, 4 dini məktəb,  3 günbəz, 3 etnoqrafik arxeoloji abidə, 3 mədrəsə, 1 məhəllə haqqında məlumat verilib.

Rizvan FİKRƏTOĞLU
XQ



Mədəniyyət