Mədəniyyət xəbərləri

post-img

Rusiya Federasiyasının Həş­tərxan şəhərində “Xəzər möv­sümləri” beynəlxalq klassik sənət festivalı başlanıb. “Kultura” milli la­yihəsi çərçivəsində həyata keçirilən festivalın iştirakçıları 2 həftə ərzin­də şəhərin sakinlərini və qonaqları Xəzəryanı ölkələrin mədəniyyəti ilə tanış edəcəklər. 

Tədbir Xəzəryanı dövlətlərin sim­fonik orkestrinin çıxışı ilə açılıb. Or­kestrin heyətinə Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan və İrandan 60 musiqiçi daxildir. Baş dirijor Mixail Qolikovun rəhbərliyi ilə səsləndirilən kollektiv əsərlərin ifaçıları arasında həmyerlimiz, Xalq artisti Elçin Əzizov da olub. Konsert multimedia şousu ilə müşayiət edilib. 

Festival çərçivəsində dünən Həş­tərxan filarmoniyasında Xəzəryanı ölkələrin bəstəkarlarının 1-ci forumu keçirilib. Bu gündən etibarən isə Azər­baycan, İran, Qazaxıstan və Türkmə­nistan günləri keçirilməyə başlayır. Daha sonra nüfuzlu beynəlxalq müsa­biqələrin gənc qalibləri Opera və Balet Teatrında çıxış edəcəklər. 

*** 

Türk dünyasına aid olan 30-dan çox xalqın nümayəndələri arasında “VII Beynəlxalq Kaşqarlı Mahmut hekayə müsabiqəsi” elan olunub.

Müsabiqə bu ilin mart ayında TÜRKSOY-un nəzdində yaradılan Ya­zarlar Birliyi, UNESCO və Avropa Ya­zarlar Birliyinin dəstəyi ilə keçirilir.

Məqsədi türkdilli ədəbiyyat üzrə is­tedadlı qələm adamlarını aşkar etmək və onları dünyaya tanıtmaqdır.

Qeyd edək ki, Türkiyə Cümhu­riyyətinin quruluşunun 100, TÜRK­SOY-un yaradılmasının 30 illiyinə həsr olunan müsabiqədə qaliblər bir ay ər­zində müəyyənləşdiriləcəklər və mü­kafatlandırma mərasimi dekabrın 4-də Ankarada keçiriləcək.

*** 

Laçında “Hocazfilm” studiyası fəaliyyətə başlayır.

Laçın səfəri ilə bağlı təəssüratını bölüşən aktyor Azər Aydəmir bu barə­də jurnalistlərə açıqlamasında məlu­mat verib.

Aktyor deyib: “Laçın artıq kino çə­kilişləri üçün ən ideal və əlverişli mə­kana çevrilməkdədir. Dağlar diyarının təbiəti rejissorlara orada istənilən janrda filmlər, verilişlər çəkməyə şərait ya­radır”.

Studiyanın tanıtım videoçarxında çəkilmək üçün Laçına səfər etdiyini vurğulayan aktyorun sözlərinə görə, videoçarx avqustun 26-da – Laçın Şəhəri Günündə təqdim olunacaq. 

Hazırladı: Ə.DOSTƏLİ, “Xalq qəzeti”





Mədəniyyət