Şair də sözünün əri olmalı

post-img

Tutub əllərindən xatirələrin
Şairin getməyə yeri olmalı.
Hər yada düşəndə cana qor salan
Tək özü bildiyi sirri olmalı.

Gizlicə alışar, gizlicə yanar,
Sevər, sevdiyini hamıdan danar.
“Öl!” – desə, qəsd edib şirincə cana,
Uğrunda öldüyü biri olmalı.

Yalandı kim desə “şair dəlidi”...
Şair duyğuların peyğəmbəridi.
Kim deyir şairlər tez ölməlidi?
Şairlər hər zaman diri olmalı.

Bilir, özü bilir közlə oynayır,
Gah əl sığallayır, dizlə oynayır.
Deməyin: “şairdi – sözlə oynayır”,
Şair də sözünün əri olmalı.

Xaqani QAYIBLI, Tallin

Mədəniyyət