Mədəniyyət xəbərləri

post-img

Ukrayna İrpen şəhərinin akademik Zərifə Əliyeva adına liseyinin rəhbər və şagirdlərdən ibarət heyəti Bakıdadır. 

Qonaqlar STEAM İnnovasiyalar Mərkəzi və Bakı Avropa Liseyində olublar. On­lar İçərişəhəri gəzib, Qız qalasına çıxıblar. Həmçinin Dövlət Tarix-Memarlıq Qoru­ğu ərazisində müxtəlif əsrlərə aid nadir tarixi abidələrə baxılıb. 

İprenli nümayəndə heyətinin ekskursiyaları davam edir. Bu gün ukraynalı şa­girdlər Fəxri xiyaban, Zərifə Əliyeva adına lisey, Bakı Ali Neft Məktəbi və Qala Arxeologiya Muzeyində olacaqlar. 

*** 

Regional turizmin inkişafı məqsədilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş qrant müsabiqəsinin qaliblərindən olan Ağsu rayonunun Gəgəli bələdiyyəsi “Tərəkəmə yurdu” folklor turizmi məkanının yaradılması layihəsinin icrasına başlayıb. 

Xatırladaq ki, bir neçə il öncə burada Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı uğurla keçmişdi. Yeni layihə isə kəndin ərazisində bütün mövsümlərdə tərəkəmə həyat tərzini bir yerdə yaşamaq imkanı yaradır. Kiçik bir tərəkəmə təsər­rüfatı əsasında lokal tərəkəmə həyatını xatırladan bir neçə çadırdan ibarət “Axtaçı” adlı tarixi oba formalaşdırılır. Turistlər həmin obaya gəlib orada müddətli yaşaya, birbaşa tərəkəmə həyatına daxil ola biləcəklər. Onların heyvanların saxlanılması, otarılması, sağılması, qırxılması və s. bütün proseslərə qoşulmaq imkanları ola­caq. 

*** 

Yardımlıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş”Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı ke­çirilib. 

Rayon icra hakimiyyətinin, bir sıra qurumların təşkilatçılığı ilə keçirilən festi­valda rayon ümumtəhsil məktəblərinin şagirdləri və məktəbəqədər müəssisələrdə tərbiyə alan uşaqlar iştirak ediblər. 

Festivalın əsas məqsədi yaradıcılığın bütün sahələri və müasir istiqamətləri üzrə istedadlı yeniyetmə və gəncləri üzə çıxarmaq idi. Festivalda idman oyunla­rı və rəsm əsərləri nümayiş olunub, həmçinin xüsusi yaradıcılıq qabiliyyəti olan uşaqlar musiqi, şeir və mahnı nümunələri ifa ediblər. 

Sonda fərqlənənlərə fəxri fərman və hədiyyələr təqdim olunub. 

 

Ə.DOSTƏLİ, “Xalq qəzeti”





Mədəniyyət