Kassa çeklərinin çap olunduğu termal kağızda təhlükəli Bisfenol A maddəsi var. Dəriyə nüfuz etmək üçün çeki əldə beş saniyə saxlamaq kifayətdir. Əllər və ya kağızın özü islanırsa, çirklənmə dozası on dəfə artır.
Bu maddə qadın cinsi hormonu estrogenlə struktur oxşarlığına malikdir və reproduktiv sistemə mənfi təsir göstərir. Həmçinin onkoloji xəstəliklərə –prostat xərçəngi, testislər, süd vəziləri və s. yaranmasına səbəb olur.
Bisfenol A-nın beyin inkişafının ləngiməsinə, autizmə, diabet, piylənmə və ürək-damar xəstəliklərinin inkişafına səbəb olduğunu sübut edən tədqiqatlar var.
Hətta, bəzi ölkələrdə təhlükəli kimyəvi maddələr siyahısına daxil edilib.
Məhz Bisfenol A səbəbindən pul qəbzləri təkrar emala qəbul edilmir. Çünki termal kağızda sellülozun az olması tullantıların qalan hissəsini çirkləndirə bilər. Ona görə də çekləri kağız tullantılarına təhvil vermək zərərlidir.
Z.BAYRAM, “Xalq qəzeti”

