AFB və Avropa Azərbaycan məktəbinin birgə sərgisi

post-img

Azərbaycan Fotoqrafları Birliyinin idarə heyətinin iştirakı ilə Avropa Azərbaycan məktəbinin 4-cü  sinif şagirdləri il sonu sərgi təqdimat proyektlərini hazırladılar. Bir qrup şagird "Sosial və ekoloji"problemlərə toxunaraq öz fotolarını ictimaiyyətə təqdim etdilər.

AFB-nin hüquqi təsiscisi Mirnaib Həsənoğlu və idarə heyətinin üzvü Vüqar İbadov şagirdlərə öz töhfələrini verdilər. Tədbirdə AFB-nin idarə heyətinin üzvləri Aydın Mehdiyev və V.İbadov da iştirak edərək şagirdlərə dəstək oldular.

AFB-nin sədri vəzifəsini icra edən Amira Süleyman şagirdləri ürəkdən təbrik edərək, gələcəkdə onların arasında olan hər bir foto sevənlərə dəstək olacağını bildirdi.













Mədəniyyət