Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – turançılıq ideyasının geniş miqyasda yayılması və bərqərar olması işinə xüsusi töhfələr vermiş tanınmış macar alimləri və elm korifeylərinin həyat və fəaliyyətini əks etdirən “Macar etüdləri” kitabı işıq üzü görüb.
Görkəmli filoloq, professor Vilayət Quliyevin təhlil və araşdırmaları əsasında ərsəyə gətirilmiş kitab macar-türk əlaqələrinin mənəvi yaxınlığının tarixi köklərindən bəhs edən “Hun-türk qurultayı və Macarıstanda turançılıq”, “Macarları özlərinə tanıdan alim”, “Macar türkologiyasının ikinci adamı”, “Budapeştdə türk ellərinin elçisi”, “Avropa türkologiyasının son mogikanı”, “Macar nəsrinin sevilən “türk povesti” kimi maraqlı faktlar və hadisələrlə zəngin fəsillər üzrə tərtib edilib.
Kitabın ön sözünün müəllifi – Vilayət Quliyev, redaktoru – İradə Musalıdır.