İtlər üçün ətir

post-img

“Dolce&Gabbana” moda evi italiyalı dizayner Domenico Dolcenin Pudel cinsində olan itinin şərəfinə “Fefe” adlı yeni spirtsiz ətir buraxıb. Heyvanların istifadəsi üçün uyğunluq sertifikasiyasına malik olan bu ətrin 100 millilitrinin qiyməti 108 dollardır. İtlər üçün istehsal olunmuş bu ətir müşk və səndəl ağacının təzə və zərif notlarını özündə cəmləşdirir. 

Moda evindən bildirilib ki, heyvanlar üçün nəzərdə tutulmuş bu məhsul “Safe Pet Cosmetics” protokolunun qaydalarına əsasən hazırlanmışdır. 

Bəzi baytarlar və heyvan bəsləyənlər bu yeni məhsulun itlər üçün təhlükəsiz və məqsədəuyğun olduğunu desələr də, digər baytarlar və heyvan sahibləri bu məsələ ilə razılaşmırlar. Onlar düşünür ki, bu cür ətirlər onlarda iybilmə qabiliyyətinin azalmasına və müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər.  

 Xatırladaq ki, unikal və dəbli olan “Dolce&Gabbana dünyada ən məşhur və müasir moda markalarından biridir. 1985-ci ildə məşhur italyan dizaynerləri Domenico Dolce və Stefano Gabbana tərəfindən yaradılmış bu İtalyan Moda Evi geyim, çanta, aksesuar, kosmetika və ətir sahəsi üzrə ixtisaslaşmışdır.

S. Fidan

XQ

Maraqlı