Qoqolun abidəsinin 3D printerdə maketi çap olunub

post-img

Məşhur yazıçı Nikolay Qoqolun abidəsinin maketi 3D printerdə çap olunaraq nasirin Moskva muzeyində quraşdırılıb. Bu barədə Moskva hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Qoqol evində yazıçının abidəsinin toxunma maketi quraşdırılıb. Abidənin kiçildilmiş prototipi yazıçının Nikitski bulvarı 7A ünvanındakı muzeyində yerləşdirilib. Hündürlüyü 60 sm, miqyası 1:10-dur. 

Qeyd edək ki, maketin yaradılması yazıçının anadan olmasının 215-ci ildönümünə təsadüf edir.

Fidan 

XQ

Maraqlı