Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub

post-img

Azərbaycan Premyer Liqasında XX turun oyunlarına yekun vurulub.

Günün ikinci matçında "Neftçi" "Qəbələ"ni qəbul edib.

Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 61-ci dəqiqədə penaltidən Emin Mahmudov açıb. Dieqo Valdez 67-ci dəqiqədə ikinci topu rəqibin qapısından keçirib. Qonaqların heyətində 87-ci dəqiqədə Emil Səfərov fərqi minimuma endirsə də, 90+5-ci dəqiqədə Brayan Moreno fərqlənərək matçın yekun nəticəsini müəyyənləşdirib.

Turun əvvəlki oyunlarında "Turan Tovuz" "Səbail"ə 3:1, "Qarabağ" "Kəpəz"ə 2:1 və "Sabah" "Zirə"yə 1:0 hesabı ilə qalib gəlib. "Araz-Naxçıvan"la "Sumqayıt" komandaları arasındakı matç isə sülhlə yekunlaşıb - 1:1.

Qeyd edək ki, turnir cədvəlinə 47 xalla "Qarabağ" başçılıq edir. Xallarını 32-yə çatdıran "Neftçi" 2-cidir. "Sumqayıt" 31 xalla 3-cü, "Zirə" isə 30 xalla dördüncü pillədə qərarlaşıb.

İdman