Eramızdan əvvəl 79-cu ildə Vezuvi dağının püskürməsi nəticəsində külə çevrilən qədim papirus 2000 il sonra oxunub. Belə ki, Kentukki Universitetinin kompüter alimləri “tarixçilər üçün potensial xəzinə” olduğunu gördükləri karbonlaşmış papirusun içindəkiləri aşkar etmək üçün süni intellektdən istifadə ediblər. Papirusda aşkar edilən ilk sözün Qədim Yunan dilində "bənövşəyi" mənasını verən bir söz olduğu bildirilir.
XQ