2021-ci ildə Yeni Zelandiyanın şərq sahillərində kəşf edilən, kimyəvi enerjini işıq enerjisinə çevirərək işıqyayma qabiliyyəti olan “bioluminesans” adlanan kütburunlu köpək balığı növü ovçuluqla məşğul olan Savaş Dursunun qarmağına düşüb.
Balıq zümrüd kimi parlaq gözləri və mişara bənzəyən dişləri ilə balıqçını təəccübləndirib. S.Dursun 28 il balıq tutduğunu və belə balıqla ilk dəfə qarşılaşdığını bildirib: “Balığı 400 metr dərinlikdə, sahildən 1 mil uzaqlıqda tutdum. İlk dəfə belə bir balığa rast gəlirdim. Bir az ehtiyatla yaxınlaşdım. Dişləri dəhşətli idi, sözün düzü, qorxdum. Mən həmişə tanımadığım balıq növlərini dənizə buraxıram. Sonradan onun dünyanın ən parlaq onurğası və ən yağlı qaraciyəri olduğunu öyrəndim. Mənim üçün sürpriz oldu”.
Mütəxəssislər bu balığın Türkiyə sahilində ovlanmasını iqlim dəyişikliyi ilə əlaqələndirirlər.
“Xalq qəzeti”

