İlğımlaşan tarix

post-img

1960-cı ilin noyabrında Doroti Stronq bir ingilis taksinin pəncərəsindən xəyali ordu görüb. Həmin yerdə isə 1388-ci ildə ingilis və şotland orduları arasında qanlı döyüş olub. Bu döyüşün “yazısı”nın 635 il harada və necə “mühafizə” edildiyi maraq doğurub. 

Bu fenomen xronoilğım adlanır. Görünür, minlərlə insanın iştirak etdiyi və ya həlak olduğu döyüşdə güclü enerji toplanıb. Bu enerji isə müəyyən şəraitdə gərginliyini itirərək baş vermiş hadisələri özündə əks etdirir. 

Alimlər bu hadisənin bir növünü “drossoledes” adlan­dırıb. Bu sözü yunan dilindən tərcümə etdikdə “şeh dam­cısı” mənasını verir. Aşkar olunmuşdur ki, xronoilğımlar çox vaxt səhər tezdən duman damcıları havada kondens­ləşəndə peyda olur. 

Oxşar hadisələr başqa yerlərdə də baş verib. 

 

P.ŞÖVKƏTOĞLU “Xalq qəzeti”

Dünya