Amerikalı mühəndislər aviasiya sənayesi üçün güclü elektrik mühərriki yaradıblar. Bu barədə Massaçusets Texnologiya İnstitutu (MİT) məlumat yayıb.
Xəbərdə deyilir ki, MIT mütəxəssisləri təyyarəyə yerləşdirmək üçün uyğun olan 1 meqavatlıq yeni elektrik mühərriki yaradıblar. Müqayisə üçün deyək ki, tipik elektrik təyyarəsi mühərrikinin gücü yüzlərlə kilovatla ölçülür. Təyyarə nə qədər böyükdürsə, bir o qədər güclü mühərrik lazımdır və zəif mühərriklər dəstinin yerləşdirilməsi təyyarənin çəkisini artırır və dizaynını çətinləşdirir. Əsas çətinlik həcmi və çəkisini minimuma endirərkən mühərrikin gücünü artırmaq idi.
S.RZAYEVA, “Xalq qəzeti”

