“Google Analytics 4” xidməti yenilənib

post-img

“Google Analytics” (GA) “Google” şirkəti tərəfindən təklif olunan veb-səhifələrin trafikini izləyən və onlar haqqında hesabat təqdim edən ödənişsiz veb-analitika xidmətidir. GA vasitəsilə sayt istifadəçilərinin sayı, burada keçirilən vaxtın müddəti və s. parametrlər üzrə məlumatlar əldə etmək mümkündür. Bu barədə İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib. 

Xəbərdə qeyd edilir ki, GA4 mə­lumatları əvvəlkindən daha fərqli şə­kildə toplayır, saxlayır və təqdim edir. Bununla yanaşı, istifadəçi davranışını daha yaxşı başa düşmək, vacib mə­lumatları daha sürətli toplamaq, eləcə də istifadəçi məxfiliyinə diqqət yetirmək üçün daha yaxşı texnologiyalardan is­tifadə edir. 

GA4-də ən böyük yeniliklərdən biri isə ənənəvi veb-sayt izləmə ilə yanaşı, mobil proqram məlumatlarının da top­lamasının asan olmasıdır. 

“Xalq qəzeti”

Dünya