Həyat, sən nə şirinsən?!

post-img

Son vaxtlar sosial şəbəkələrdə insanları nikbin olmağa, ən kiçik çətinlik və uğursuzluqlar qarşısında ruhdan düşməməyə səsləyən paylaşımların sayı artıb. Fikrimcə, bu, təqdirolunmalı haldır. 

Belə fikir, mülahizə və tövsiyələrin əsas məğzi budur ki, bizim hər birimiz Ulu Yaradanın bizə bəxş etdiyi həya­tın hər bir anının, gününün, ilinin, bir sözlə, ömür dediyimiz əvəzsiz dəyərin qədrini bilməliyik. 

Yeri gəlmişkən, dünən “Facebook”­dakı dostlarımdan biri böyük şairimiz Bəxtiyar Vahabzadənin məşhur “Həyat sən nə şirinsən?” şeirini paylaşmışdı. Düşünürəm ki, bu gözəl misralar yüz­lərlə insana yenidən ruh və mənəvi qida bəxş edəcək. 

Şair necə də gözəl deyib: 

“Həyat, sən nə şirinsən?! 

Kim səndən doydu getdi?! 

Gedənlər öz qəlbini dünyada qoydu getdi. 

Səndən doymaq olarmı?! Çoxun, azın da şirin. 

Həyat qışın da şirin, həyat yazın da şirin”. 

 

Təqdim etdi: M.HACIXANLI, “Xalq qəzeti”

Dünya