“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ AÇIQ TENDER ELAN EDİR

post-img

Təkrar

“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ

Ağdam rayonunun Kəngərli kənd yaşayış məntəqəsində 2, 3, 4 və 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini mö­hürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları oxşar təcrübəyə, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilin­də tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 53 nömrəli ünvanda yerləşən “Qa­rabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”­nin satınalma şöbəsindən əldə edə bilərlər.

İştirak haqqı 1500,00 ( bir min beş yüz manat) manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əlaqələndirici şəxs- Bərpa və yenidənqurma departamenti müdirinin müavini İntizam Novruzov – [email protected] və baş məsləhətçi Zabil Vəliyev - [email protected], telefon- + 99450 466 12 66. 

İşlərin qısa təsviri:

292 ədəd 2, 3 , 4 və 5 otaqlı fərdi yaşayış evlərinin, klub icma mərkəzinin, kitabxananın və s. tikintisi.

Təşkilat- “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxs

VÖEN- 3201635961

Bank- “ABB”nin Mərkəz filialı

Kod- 805722

VÖEN- 9900001881

H/h- AZ95İBAZ38030019443196817204

M/h- AZ03NABZ01350100000000002944

SWIFT İBAZAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

• tenderdə iştirak etmək üçün ərizə;

• iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

• tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 65 bank günü ərzində qüvvədə olmalıdır);

• tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tə­minatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

• tender iştirakçısının tam adı, nizamnaməsi və (hüquqi şəxs­lər üçün) qeydiyyatdan keçdiyi rekvizitləri;

• malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə konkret subpodratçının adı göstərilməklə məlumatlar (əlavə №19);

• malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; (tender elanın­dan sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir);

• Azərbaycan Respublikasında vergilərə və digər icbari ödə­nişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alın­madan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış; (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir);

• iddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (şəxsin səlahiyyətli olması barədə əmr təqdim edilməli­dir);

• öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə arayış; (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir);

• müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulma­ması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış; (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir);

• satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ər­zində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar ci­nayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qada­ğan edilməməsi barədə arayış; (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir);

• müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq li­senziyaya və ya icazəyə malik olması və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı;

• malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqın­da vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti (vergi orqanının rəsmi blankında və ya elektron sənədin notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir);

• kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları;

• baş podratçı kimi son beş il (2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək ) ərzində ümumi məbləği 10 (on) milyon manatdan az olmayan, müraciət edənin isə ən azı 5 (beş) milyon manat olan (müraciət edən müqaviləni birgə müəssisənin üzvü kimi icra etmişdirsə) və oxşar işi əhatə edən (oxşarlıq, layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəb­liyə, metodlara, texnologiyaya və digər xüsusiyyətlərə əsas­lanmalıdır) ən azı 2 (iki) sifarişi qənaətbəxş şəkildə icra etməsi haqqında məlumat və təsdiqedici sənədlər təqdim edilməlidir;

• son beş il ( 2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək ) ərzində tikinti- quraşdırma işləri üçün ən azı 15 (on beş milyon mamat) milyon manat dövriyyə tələb olunur və TMV-nin 1.6-cı bəndində tələb edilən digər sənədlər. 

Qeyd- tenderdə iştirak üçün iki və ya daha artıq tərəfdaş şirkətdən ibarət birgə müəssisə yaratdıqda, TMV-nin 1-ci və 2-ci bəndlərində tələb olunan sənədlər hər bir şirkət üçün ayrılıqda təqdim edilməlidir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbay­can Respublikası qanununun tələblərinə uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 13 iyul 2023-cü il saat 16.00-a, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 21 iyul 2023-cü il saat 16.00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 53 nömrəli ünvanda yer­ləşən “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin Satınalma şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender iştirakçılarının təklifləri Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 53 nömrəli ünvanda yer­ləşən “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin inzibati binasında 24 iyul 2023-cü il saat 16.00-da açılacaqdır.

Tender iştirakçılarının səlahiyyətli nümayəndələri zərflərin açılışı prosudurunda iştirak edə bilərlər.

Tender komissiyası

Reklam və elan