“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ AÇIQ TENDER ELAN EDİR

post-img

Təkrar

“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ

Ağdam rayonunun Sarıcalı kənd yaşayış məntəqəsində 2, 3 , 4 və 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini mö­hürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları oxşar təc­rübəyə, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilin­də tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 53 nömrəli ünvanda yerləşən “Qara­bağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin satınalma şöbəsindən əldə edə bilərlər.

İştirak haqqı 1500,00 ( bir min beş yüz manat) manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əlaqələndirici şəxs- Bərpa və yenidənqurma departamenti müdirinin müavini İntizam Novruzov – [email protected] və baş məsləhətçi Tural Rzayev- [email protected], telefon- + 99455 489 98 20. 

İşlərin qısa təsviri:

203 ədəd 2, 3 , 4 və 5 otaqlı fərdi yaşayış evlərinin, klub icma mərkəzinin, kitabxananın və s. tikintisi.

Təşkilat- “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxs

VÖEN- 3201635961

Bank- “ABB”nin Mərkəz filialı

Kod- 805722

VÖEN- 9900001881

H/h- AZ95İBAZ38030019443196817204

M/h- AZ03NABZ01350100000000002944

SWIFT İBAZAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

• tenderdə iştirak etmək üçün ərizə;

• iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

• tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 65 bank günü ərzində qüvvədə olmalıdır);

• tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təmi­natın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müd­dətindən 30 bank günü çox olmalıdır);

• tender iştirakçısının tam adı, nizamnaməsi və (hüquqi şəxs­lər üçün) qeydiyyatdan keçdiyi rekvizitləri;

• malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imza­layacağı subpodratçı barədə konkret subpodratçının adı göstəril­məklə məlumatlar (əlavə №19);

• malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; (tender elanın­dan sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir);

• Azərbaycan Respublikasında vergilərə və digər icbari ödə­nişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış; (tender elanından sonrakı ta­rixdə alınmış sənəd təqdim edilməlidir);

• iddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (şəxsin səlahiyyətli olması barədə əmr təqdim edilməlidir);

• öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə arayış; (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir);

• müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulma­ması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış; (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir);

• satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ər­zində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanma­sı üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar ci­nayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış; (tender elanından sonrakı tarixdə alın­mış sənəd təqdim edilməlidir);

• müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenzi­yaya və ya icazəyə malik olması və onun əsasında həyata keçiril­məsinə icazə verilən işlərin siyahısı;

• malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqın­da vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti (vergi orqanının rəsmi blankında və ya elektron sənədin notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir);

• kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit he­sabatları;

• baş podratçı kimi son beş il (2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək ) ərzində ümumi məbləği 8 (səkkiz milyon manat) milyon manatdan az olmayan, müraciət edənin isə ən azı 4 (dörd milyon manat ) milyon manat olan (müraciət edən müqa­viləni birgə müəssisənin üzvü kimi icra etmişdirsə) və oxşar işi əhatə edən (oxşarlıq, layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnologiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) ən azı 2 (iki) sifarişi qənaət­bəxş şəkildə icra etməsi haqqında məlumat və təsdiqedici sənəd­lər təqdim edilməlidir;

• son beş il ( 2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək ) ərzində tikinti- quraşdırma işləri üçün ən azı 10 (on mil­yon manat) milyon manat dövriyyə tələb olunur və TMV-nin 1.6-cı bəndində tələb edilən digər sənədlər. 

Qeyd- tenderdə iştirak üçün iki və ya daha artıq tərəfdaş şirkətdən ibarət birgə müəssisə yaratdıqda, TMV-nin 1-ci və 2-ci bəndlərində tələb olunan sənədlər hər bir şirkət üçün ayrılıqda təqdim edilməlidir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbay­can Respublikası qanununun tələblərinə uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 20 iyul 2023-cü il saat 16.00-a, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 28 iyul 2023-cü il saat 16.00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 53 nömrəli ünvanda yer­ləşən “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin Satınalma şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender iştirakçılarının təklifləri Bakı şəhəri, Yasa­mal rayonu, Zahid Xəlilov küçəsi 53 nömrəli ünvanda yerləşən “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmə­ti”nin inzibati binasında 31 iyul 2023-cü il saat 16.00-da açılacaq­dır.

Tender iştirakçılarının səlahiyyətli nümayəndələri zərflərin açılışı prosudurunda iştirak edə bilərlər.

Tender komissiyası

Reklam və elan