Bibiheybət yolunda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq

post-img

Təmir-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən XQ-ə bildirilib ki, məhdudiyyət aprelin 13-də saat 10:00-dan aprelin 15-də saat 07:00-dək qüvvədə olacaq.

Göstərilən müddət ərzində sürücülər alternativ olaraq köhnə Salyan şossesindən istifadə edə bilərlər.


@xalqqazeti Bibiheybət yolunda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq #kəşfet #kesfet #kəşfet #azerbaycan #baki #bakı #yol ♬ оригинальный звук - xalqqazeti

Son xəbərlər