Energetika naziri Pərviz Şahbazov İsmayıllı rayon Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb.
Görüşdə vətəndaşların elektrik enerjisi və təbii qaz təchizatı, yaranmış borc və cərimələr, məşğulluq imkanları ilə bağlı dəstək, habelə sosial və inzibati xarakterli digər məsələlərə dair müraciətləri dinlənilib.
Qaldırılan məsələlərin mövcud normativ-hüquqi aktlara uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.
Qəbulda İsmayıllı, Şəki, Oğuz, Qəbələ, Qax və Mingəçevirdən olan 23 vətəndaş iştirak edib.