Azərbaycan BMT-nin ekoloji bürosunun sədri seçilib

post-img

İyunun 24-də BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsi çərçivəsində Azərbaycan ilk dəfə UNEP CPR Bürosunun sədri seçilib. Ölkəmizin quruma sədrliyi 2025-2027-ci illəri əhatə edəcək.

UNEP CPR ətraf mühitlə bağlı məsələlər üzrə beynəlxalq müstəvidə prioritetləri müəyyən edən, 193 dövlətin üzv olduğu BMT-nin Ətraf Mühit Assambleyasının daimi fəaliyyət göstərən əsas orqanıdır. CPR Bürosu Assambleyanın qlobal ekoloji siyasət və normalar üzrə qərarlarının hazırlanmasında bir sıra mühüm funksiyaları yerinə yetirir.

Büroda Azərbaycan sədrliyini ölkəmizin Keniyadakı səfiri və UNEP-dəki daimi nümayəndəsi Sultan Hacıyev təmsil edəcək.

 

Son xəbərlər