Tbilisinin mərkəzində geyim bazarında yanğın baş verib. Bu barədə aprelin 30-da “Sputnik Georgia” Telegram kanalı məlumat yayıb.
“Tbilisi bazarında baş verən yanğın böyük ərazini əhatə edib, yanğınla mübarizə bir neçə saatdır ki, davam edir”, - nəşr yazır.
Hadisə nəticəsində xəsarət alan olmadığı bildirilir. Yaxınlıqdakı klinikadan olan xəstələr də təxliyə edilib. Yanğının səbəbi hələ məlum deyil.
Hazırda yanğın söndürülüb. Yanğının söndürülməsində 30 yanğınsöndürən briqadası iştirak edib.
P.ƏMİRCANOV
XQ