Avtomobili yüksək sürətlə idarə etmək, manevr etmə qaydasını pozmaq və nəticəsi…
Paytaxtın Aeroport şosesində qeydə alınan bu iki qəzada baş verənlərdən sürücülər nəticə çıxarmalıdırlar. Təəssüflər olsun ki, bəzi sürücülər yol hərəkəti qaydalarını pozmağın yol-nəqliyyat hadisələrinə səbəb olduğunu bilsələr də, bu məsələyə ciddi yanaşmırlar.
Həyat və sağlamlıqlarını heçə sayan bu tip sürücülər avtomobildə olan sərnişinlərlə yanaşı, yolda olan digər hərəkət iştirakçıları üçün də qəza təhlükəsi yaradırlar.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri yollarda son dərəcə diqqətli olmağa çağırır.
P.ƏMİRCANOV
XQ