Bakı Şəhər DYP İdarəsinin əməkdaşları Moldovada yol polislərinə mototəlim keçiblər

post-img

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları polis kapitanı Emil İbrahimov və polis baş serjantı Samir Kərimov Moldovanın paytaxtı Kişinyov şəhərində ölkənin yol polisi əməkdaşarına texniki sürücülük bacarıqlarını, eləcə də əməliyyat müdaxilələrinə xas olan taktiki və hüquqi aspektləri əhatə edən mototəlim keçiblər.

Məlumatı DİN mətbuat xidməti yayıb.  

Təlimlərdə əməkdaşlarımız  ictimai asayişin qorunması üçün operativ müdaxilələr, müdafiə və təkmil sürücülük texnikaları, təqib və ələ keçirmənin taktiki üsulları, şəxsi təhlükəsizlik, mühafizə və motosikletlərə texniki qulluqla bağlı nəzəri, təcrübi bilik və bacarıqlarını bölüşüblər.

Polis əməkdaşları E.İbrahimova və S.Kərimova yüksək bacarıq nümayiş etdirdiklərinə görə təşəkkürnamələr verilib.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər