Külli miqdarda narkotik vasitə aşkarlanıb

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 15-də və 16-da ümumi çəkisi 46,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. 

Məlumatı DİN mətbuat xidməti verib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,1 kiloqramdan artıq heroin, 38,3 kiloqrama yaxın marixuana, 1,2 kiloqram tiryək, 1,1 kiloqramdan çox metamfetamin, həmçinin 478 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində isə 39 yaşlı Rəşad Dadaşzadə saxlanılıb. Ondan 2 kiloqram marixuana, yarım kiloqram tiryək, külli miqdarda psixotrop maddə metamfetamin və metadon həblər aşkarlanaraq götürülüb. 

R.Dadaşzadə ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotikləri maddi gəlir qarşılığında gizli yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Ümumilikdə isə Xaçmaz rayonunda son həftə ərzində polisin keçirdiyi tədbirlər zamanı narkotiklərlə əlaqəli 10 fakt aşkarlanıb və nəticədə 3 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

P.ƏMİRCANOV

XQ



Son xəbərlər