Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən Sərəncam imzalanıb

post-img

“Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin Siyahısı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikasının Baş naziri 7 mart 2025-ci il tarixdə Sərəncam imzalayıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, Sərəncama əsasən Tədbirlər Planının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin Siyahısı təsdiq edilib.

Sərəncamda aidiyyəti dövlət orqanları (qurumlar) nəzərdə tutulan Siyahı üzrə görülmüş işlər barədə hər rübdən sonrakı ayın 10-dan gec olmayaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə məlumat təqdim etmələri müəyyən edilib.

Qeyd edək ki, Sərəncamın icrasına nəzarət Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilib.

Son xəbərlər