Ali Məclisin iclası

post-img

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti iclası keçirilib.

Bəxtiyar Məmmədov iclasın gündəliyində duran məsələlərin “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Qanun layihəsinin müzakirəsi və “Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının qorunması haqqında” Naxçıvan MR İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsi olduğunu bildirib.

Qanun layihəsi barədə Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verib, komitənin rəyini diqqətə çatdırıb. Layihənin müzakirəsi ilə bağlı deputatlardan Təhminə Babayeva və Əziz Qasımov çıxış ediblər. Müzakirə olunan məsələ ilə bağlı qanun səsə qoyularaq qəbul edilib.

Gündəlikdə duran ikinci məsələ ilə əlaqədar Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, Muxtar Respublika İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2024-cü il üzrə məruzəsinin layihəsi Ali Məclisin müzakirəsinə çıxarılması üçün Hüquq siyasəti komitəsində müzakirə olunub.

Sonra İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Günay Rzayeva 2024-cü ildə muxtar respublikada insan hüquqlarının qorunması haqqında fəaliyyətə dair məruzə edib.

Məruzə ilə bağlı Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev komitənin rəyini diqqətə çatdırıb. Məruzənin nəzərə alınması ilə bağlı qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Səbuhi HƏSƏNOV
XQ

 



Son xəbərlər