Naxçıvanda “Rehabus” layihəsinə start verilib

post-img

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinin “Rehabus” layihəsinə start verilib. 

1 fevral 2025-ci il tarixindən icrasına başlanılan layihə əlilliyi olan şəxslərin ambulator reablitasiya xidmətlərinə əlçatanlığına yönəlib. 

Reabilitasiya avtobusu müvafiq kateqoriyadan olan şəxslərin reabilitasiya müəssisələrinə asan, rahat şəkildə çatmasını təmin edir.

Reablitasiya avtobusu ilkin olaraq Babək rayonunun kəndlərindən əvvəlcədən müəyyən edilən ünvanlardan əlilliyi olan şəxsləri götürərək Naxçıvan şəhərində yerləşən Uşaq Bərpa və Əlillərin Bərpa Mərkəzlərinə çatdırır. 

Reablitasiya proseduru bitdikdən sonra isə onları yenidən ünvanlarına qaytarır.

Səbuhi HƏSƏNOV

XQ-nin bölgə müxbiri

 











Son xəbərlər