Sloveniyada Şuşa təqdimatı

post-img

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Azərbaycanın Avstriyadakı səfirliyinin müşaviri Fərid Vəliyev, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Tural Verdiyev və Qoruğun məsul əməkdaşı Səmayə Məmmədova 13-15 noyabrda Sloveniyanın Lyublyana şəhərində keçirilən Tarixi Şəhərlər Liqasının 19-cu Dünya Konfransında iştirak ediblər.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən bildirilib ki, səfər çərçivəsində TŞL-nin Baş katibi Shibata Shigenori və Sloveniyanın Lyublyana şəhərinin meri Zoran Yankoviçlə görüşlər keçirilib. Konfrans çərçivəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzovun təqdimatı əsasında iştirakçı ölkələrə Şuşanın əsl tarixi simasının, ənənələrinin və qədim mədəni abidələrinin bərpası, tarixi-mədəni irsinin qorunmasının mühüm əhəmiyyəti, işğal dövründə ermənilər tərəfindən törədilən vandallıq barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, hazırda Şuşada geniş abadlıq və quruculuq, yenidənqurma işləri aparılır, yeni infrastruktur obyektləri yaradılır, şəhərin dünya ictimaiyyətinə tanıdılması istiqamətində bir sıra beynəlxalq səviyyəli tədbirlər keçirilir.

XQ

Son xəbərlər