Kafedən və mağazadan iri məbləğdə pul oğurlanıb

post-img

Oktyabrın 15-də paytaxtın Nizami rayonu ərazisində yerləşən kafelərin birindən 6200 manat dəyərində oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

DİN mətbuat xidmətinin verdiyi məlumata görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Z.Xalidoğlu müəyyən olunaraq saxlanılıb.

Yasamal RPİ 26-cı Polis Bölməsinin əməkdaşları rayon ərazisindəki mağazaların birindən 2000 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 23 yaşlı İ.Həsənov və 33 yaşlı qadını müəyyən edərək saxlayıblar.

Səbail rayonu ərazisində isə bir nəfərin 1700 manat dəyərində mopedi oğurlanıb. Səbail RPİ 39-cu Polis Bölməsinin əməkdaşları şübhəli bilinən 24 yaşlı K.Abdullayevi saxlayıblar.

Faktlarla bağlı araşdırma aparılır.

 

P.ƏMİRCANOV

XQ

 

 

 

Son xəbərlər