Belarus naziri FHN-də

post-img

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləd­din Heydərov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının fövqəladə hallar naziri daxili xidmət general-mayoru Vadim Sinyavskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Kəmaləddin Heydərov xalq­larımız və ölkələrimiz arasında dərin və möhkəm köklərə ma­lik dostluq münasibətlərinin iki dövlət başçısının siyasi uzaq­görənliyi və qarşılıqlı etimadı sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xa­tırladıb. Azərbaycan Fövqəla­də Hallar Nazirliyi ilə Belarus Fövqəladə Hallar Nazirliyi ara­sında sıx əməkdaşlıq münasibət­lərinin formalaşdığını, qarşılıqlı səfərlərin, keçirilən görüşlərin iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əlaqələrin daha da ge­nişləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Bu ilin iyun ayında Minskə rəsmi səfərin məhsuldar keç­diyini vurğulayan nazir səfər çərçivəsində imzalanmış 2025-2027-ci illər üzrə tədbirlərin Kompleks Planının yaxın illər üçün əməkdaşlığın konkret is­tiqamətlərini müəyyən etdiyini xatırladıb. Kadr hazırlığı və təhsil sahəsindəki sıx əlaqələri, o cümlədən hər iki nazirliyin ali təhsil müəssisələri arasında təşəkkül tapmış qarşılıqlı fay­dalı münasibətləri yüksək qiy­mətləndirərək bütün bunların qurumlar arasında əməkdaşlığın inkişafında xüsusi rol oynadığı­nı bildirib.

Nazir Vadim Sinyavski iki dost ölkə arasında dövlət baş­çılarının səyləri nəticəsində formalaşmış strateji tərəfdaşlıq əlaqələri çərçivəsində fövqəla­də hallarla mübarizə üzrə məsul qurumlar arasında əməkdaşlığın inkişaf səviyyəsindən məmnun­luq ifadə edib. O, nazirliklərara­sı əlaqələrin dərinləşdirilməsi­nin qarşılıqlı faydasından bəhs edərkən qarşılıqlı səfərlərin, aparılan müzakirələrin müna­sibətlərin genişləndirilməsinə xüsusi təkan verdiyini bildirib.

Son xəbərlər