Həftəsonu Bakı metrosunun iş rejimi iki saat uzadılacaq

post-img

Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin iş rejimi dəyişdiriləcək.

Bakı metrosundan bildirilib ki, “Bakı Metropoliteni” QSC yarış təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin müraciətinə müsbət cavab verib.

Avtomobil yürüşü günlərində şəhər mərkəzində keçiriləcək kütləvi-mədəni tədbirlərə görə, sentyabrın 13-dən 14-nə və ayın 14-dən 15-nə keçən gecələr Bakı metrosunun iş rejimi iki saat uzadılacaq.

Şənbə və bazar günlərinə keçən gecələr metronun bütün stansiyalarının qapıları gecə saat 02:00-a qədər girişə açıq olacaq. Sərnişinlər stansiyalar üzrə mənzil başına çatdırılana qədər xətlərdə qatarların hərəkəti təmin ediləcək.

Son xəbərlər