Baş prokuror Abşeronda qəbul keçirib

post-img

Sentyabrın 10-da Baş prokuror Kamran Əliyev Abşeron rayon prokurorluğunun inzibati binasında Abşeron, Zəngilan və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 31 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamı­nın müdafiəsi, habelə mülki xarakterli mü­bahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluq­da və ya aidiyyəti icra orqanlarında opera­tiv həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əmək­daşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, eləcə də “Elektron prokurorluq” informasiya siste­minin fəaliyyəti ilə yerində tanış olub.

Son xəbərlər