IDEA baxımsız atı nəzarətə götürdü

post-img

Baxımsız halda qalmış və ayaqları zədələnmiş fayton atı Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın göstərişi ilə müvafiq qayğı tədbirləri üçün reabilitasiyaya cəlb olunub. 

Qeyd edək ki, at xüsusi nəqliyyat vasitəsilə IDEA Heyvanlara Qayğı Mərkəzinə gətirilib, ilkin baytarlıq müayinəsindən keçirilib və müalicəsinə başlanılıb. Mərkəzdə onun tam sağalması üçün zəruri baytarlıq tədbirləri davam etdiriləcək. 

Xatırladaq ki, son günlərdə sosial şəbəkələrdə Qız qalası yaxınlığından “Azneft” meydanı istiqamətində turist daşımaq üçün istifadə edilən fayton atının baxımsız qalması ilə bağlı məlumat yayılmışdı.

XQ

Son xəbərlər